Koronavirusun DƏHŞƏTLİ STATİSTİKASI — SON DƏQİQƏ

Bu dəqiqələrə olan statistikaya görə, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı yenə artıb. Səhər saatlarında 307 278 nəfər olan rəqəmlər, bu dəqiqələrdə yoluxanların sayını 311 988 nəfər göstərir.

“Ölkə.Az” xəbər verir ki, ölənlərin sayı isə 358  nəfər yüksələrək 13 407 nəfərə çatıb.

İtaliyada koronavirusa yoluxanların sayı durmadan artır. Son rəqəmlər 53 578 nəfərin bu virusdan əziyyət çəkdiyini göstərib. Dünyasını dəyişənlər isə 4 825  nəfərdir. İspaniyada isə COVİD-19 səbəbi ilə ölənlərin sayı 1720 nəfər olub.

İranda bu saata koronavirusdan ölənlərin sayı 1556 nəfərdir.

ABŞ-da statistikalar 26 747 nəfərin bu xəstəliyə yoluxduğunu göstərir. Onlardan 340 nəfəri dünyasını dəyişib.

Digər ölkələrdə isə ölüm sayı Fransa – 562, İngiltərə – 234, Türkiyədə isə 21 nəfərə yüksəlib.