“Mançester Yunayted” “Arsenal”ın əsas futbolçusunu alır: 57 milyon avroya

“Mançester Yunayted” “Arsenal”ın əsas futbolçusunu alır: 57 milyon avroya

“Mançester Yunayted” klubu “Arsenal”ın əsas qol silahı Pyer-Emerik Obameyanqı transfer etməyə yaxındır.

“Ölkə.Az” offsideplus.az-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yay transfer pəncərəsində heyətini qabonlu hücumçu ilə gücləndirmək niyyətindədir. Belə ki, klub sözügedən futbolçu üçün qarşı tərəfə 57 milyon avro təklif edib. 30 yaşlı hücumçunun yayda “Arsenal”dan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Obameyanq 2018-ci ildə Dortmund “Borussiya”sından “Arsenal”a transfer edilib.