“Qoruyucudan istifadə edin ki, balalarınız çoxalmasın” — Faiq Ağayevdən həmkarlarına SƏRT SÖZLƏR

Xalq artisti Faiq Ağayev bəzi həmkarlarını sərt şəkildə tənqid edib.

“Ölkə.Az” xəbər verir ki, Muz TV-də qonaq olan Ağayev saçına rəng qoyan sənətçilər barədə bunları deyib:

“Bu adamlar ötən əsrin əvvəlində artistləri, aktyorları öldürənlərin tör-töküntüləridir. Əfsus ki, belələri hələ də var. Onlar  səhnənin nə olduğunu bilmirlər. Xahiş edirəm, öz mağaralarında otursunlar. Təbii ki, artist fərqli geyinməli, maraqlı olmalıdır. Elə sənətçilər var ki, başına ən tünd qara rəngdə boya qoyur, başının dərisi də qızarır, amma başqalarına məsləhət verir. Heç öz evində sözü keçmir. Çalışın qoruyucudan istifadə edin ki, balalarınız çoxalmasın”.

F.Ağayev 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərindən də danışıb. Xalq artisti bildirib ki, hələlik özünü deputat kürsüsünə hazır bilmir: “Amma nə vaxtsa namizədliyimi irəli sürə bilərəm”.