Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü – İBRƏTAMİZ…

Gürcüstan hökuməti mart, aprel və may aylarında vətəndaşlar üçün kommunal xidmətlərin maliyyələşdirilməsinə qərar verib.
Bu barədə Gürcüstan hökumətinin bu gün keçirilən iclasında Baş nazir Georgi Qaxaria açıqlama verib.
 
“Bir ay ərzində 200 kilovat-dan az elektrik enerjisi və 200 kubmetrdən az qaz istifadə edən hər bir vətəndaş üçün hökumət üç ay – mart, aprel və may ayları ərzində xərcləri tam maliyyələşdirəcəkdir. Bura su və zibil toplama xərcləri də daxildir “- baş nazir deyib.
“Hökumət çərçivəsində qəbul edilən bu qərar birbaşa hər bir vətəndaşa yönəlib. Bunun kifayət etməyəcəyini başa düşürük. Biz də başa düşürük ki, işini itirmiş hər bir vətəndaşı müəyyənləşdirməliyik və bundan sonra onların birbaşa dəstəyi üçün xüsusi tədbirlərimiz olacaq “-Qaxaria bildirib.
Baş nazir: “büdcədəki hər laridən rasional istifadə etməyin vacib olduğunu” qeyd edib. O xatırladıb ki, hökumət iqtisadiyyata və vətəndaşlara birbaşa yardım üçün 2 milyard lari, koronavirusla mübarizə üçün 351 milyon lari ayırır.