Saray MTK-da xüsusi karantin rejiminə mükəmməl əməl olunur – video

Hörmətli oxucular!

“aja-az.info” saytının Baş direktoru Elvin Qurbanov və digər əməkdaşlar çəkiliş qrupu ilə bərabər Saray MTK-nın rəhbərliyinin ofisində olublar. Burada onlar MTK əməkdaşlarının xüsusi formalarda, ağızlarında maska, əllərində əlcək, dünyanı bürüyən Koronavirus (COVİD – 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdiklərinin şahidi olublar.

İşçilərin verdiyi məlumata görə rəhbərliyin xüsusi tapşırığı ilə həyata keçirilən dezinfeksiya əməliyyatları ölkəmizdə xəbər çıxan ilk gündən icra edilir. Belə ki, verilən məlumata görə, burada ərazinin, gözləmə zalının, xidmət otaqlarının, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrin gündəlik dezinfeksiya edilməsi təmin olunur.

Dezinfeksiya işləri səhər saat 06:00-dan, axşam saatlarına kimi aparılır.

Koronavirusla bağlı olaraq   yarana biləcək digər suallarla bağlı MTK-nın məlumat mərkəzi 24 saat ərzində xidmət göstərir.  3 gündən bir aparılan dezinfeksiya işləri yaranan vəziyyətlə bağlı hər gün yerinə yetirilir.

Mövcud təhlükəsizlik tədbirləri nəzərə alınaraq vətəndaşlara müntəzəm olaraq zəruri tövsiyyələr edilir.

Burada həmçinin əhali ilə birbaşa təmasda olan əməkdaşlarla Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq koronavirusla bağlı maarifləndirmə işləri aparılıb.

Koronavirus barəsində məlumat xarakterli məqalə hazırlanaraq maarifləndirmə məqsədi ilə Qaynar xətt yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. Qaynar xətt işçiləri virus infeksiyası barəsində təlimatlandırılıb. Məlumatın dəqiq və vaxtında toplanması məqsədi ilə tənəffüs xəstəlikləri ilə xəstəxanaya daxil olan əməkdaşlar barəsində, eləcə də qaynar xəttə koronavirusla bağlı daxil olan müraciətlərin hər gün 9:20-dək dispetçer mərkəzinə bildirilməsi tapşırılıb.

Əməkdaşlar arasında fərdi və kollektiv gigiyena qaydalarını yüksəltmək məqsədi ilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək və maskalar, qapaqlı tullantılar və s. kimi profilaktik vasitələr tədarük edilib.

Başda Saray MTKnın rəhbərliyi olmaqla, burada çalışan hər kəsə çətin və şərəfli işində uğurlar diləyirik!

 

 

 

Aja-az.info

Elvin Qurbanov