Polis adına layiq Əli müəllim !

Hörmətli oxucularımız ! Aja-az.info saytının əməkdaşları Abşeron rayonunda ikən karantin müddəti dövründə polislərimizin işlərinin müşahidəçisi olublar. Onlar həmçinin Abşeron rayon əhalisinə uzun illərdir xidmət edən və ziyalı kimi hörmətlə adı çəkilən Cavadov Əli Qivami oğlu ilə yaxından tanış olublar. Əli Cavadov Abşeron rayonu DYPŞ-nin baş inspektoru, polis leytenantı vəzifəsində şərəf və ləyaqətlə çalışır.

Öz vəzifəsini layiqincə icra edən Əli müəllim xalqa göstərdiyi xidmətindən daim qürür duyur. O, polis xidmətində nöqsanlara yol vermir. Bu da bizi həm media nümayəndəsi, həm də bir vətəndaş kimi çox sevindirir. Abşeron rayonunun əhalisi tərəfindən çox sevilə bu insan həqiqətən də tərifə və alqışa layiqdir.

 

Təkcə bir məqamı xatırlatmaq yetərlidir ki, bu nəcib xüsusiyyətli insanın vətəndaşlar, sakinlər tərəfindən sevilməsinin sübutu olsun. Dövlətimizdə xüsusi karantin rejimi elan olunduğu bir dövrdə, kifayət qədər gərgin i rejimdə çalışmasına baxmayaraq, dünən gecə saatlarında bir nəfər içkili sürücünün aşkarlanması, Əli müəllimin səbr və təmkinini qətiyyən pozmadı. Olduqca sakit səs tembrində vəziyyəti aydınlaşdıran bu insan sərxoş sürücünü – İsgəndərov Elçini tibbi müayinə üçün aidiyyatı quruma göndərilməsinə tapşırıq verdi.

P.S. Azərbaycan polisinin fəaliyyəti tariximizin xanlıqlar dövründən yaranmağa başlayıb. 1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov təyin edilir.

 

Pristavları komissarlar əvəzləyir, polisin adı dəyişdirilərək milis adlandırılır. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub.

Biz də “aja-az.info” saytının redaksiya heyəti olaraq, Əli müəllimə bu şərəfli peşəsində mətin addımlarla irəliləməsini arzu edirik.

 

Elvin Qurbanov