Şəhid qardaşı olan Qarabağ qazisi göz yaşları içərisində Prezidentdən kömək istəyir- VİDEO

Qarabağ qazisi,Şəhid qardaşı,təqaüddə olan keçmiş polis Səmədov Mehdi Əziz oğlunun evini “AccessBank”ın Mingəçevir filialı əlindən alır.O isə intihar həddinə çatıb.

Aja.az Kanal32.az-a istinadən verdiyi xəbərə görə Şəhid qardaşı olan Qarabağ qazisi Mehdi Səmədov bildirib ki,”AccessBank”ın ona qarşı qanunazidd və  qeyri-insani davranış sərgiləyib.Belə ki,o,2014-cü ildə məcburi köçkünlərin yaşadığı evi girov qoymaqla “AccessBank”ın Mingəçevir filialından 15 min 600 manat kredit götürüb.Lakin sonradan məlum olub ki,bank əslində bunu aldadıb və həmin pulu dollarla sənədləşdirib.Ancaq buna baxmayaraq təqaüdçü olan Mehdi Səmədov məlum devalivasiyaya qədər heç biur gecikmə etmədən 10 min 500 dollar ödəniş edib.Devalivasiyadan sonra isə kredit ödənişlərini etməkdə çətinlik çəkib.Bank müştəriyə güzəştli ödəniş təklifləri etmək əvəzinə onu məhkəməyə verib və utanmadan ondan əlavə olaraq 17 min 500 dolar pul tələb edir.Təbii ki,bankların vəkili qismində çıxış edən məhkəmələr isə bütün hallarda Şəhid qardaşı olan Qarabağ qazisini heç bir halda dinləmədən əlehinə qərar çıxarıb.Hazırda isə ağır durumda olan Mehdi Səmədovun girov qoyduğu ev hərraca çıxarılıb.

Aja.az bankın tələbi ilə Mingəçevir İcra və Probosiya şöbəsinin məktubu əsasında evin hərraca çıxarılması ilə bağlı Qarabağ qazisi Mehdi Səmədova göndərilən bildirişi təqdim edir:

Bütün dünyanın,o cümlədən Azərbaycanın koronavirusla mübarziə apardığı bir vaxtda “AccessBank”ın Şəhid ailəsinə qarşı atdığı bu addımı sadəcə qeyri-insani hərəkət adlandırmaq olar.

  

Aşağıda təqdim olunan qəbzdən də görünür ki,bank həqiqətən də vətəndaşa 15 min 686 manat məbləğində kredit verib.

   

 

Görünən odur ki,bu ölkənin qəhrəman oğlullarının,qazilərinin,şəhidlərinin cannı qurban verərək əldə etdiyi sabitlikdə milyonları qazananlar bu ölkənin vətəndaşlarının qanını sormaqla məşğuldurlar.Dövlət isə nə yazıq ki,belə addımlara hələ ki göz yumur.

 

Artıq intihar həddinə çatan Şəhid qardaşı, Qarabağ qazisi son ümdi kimi göz yaşları içərisində Azərbaycan prezidenti cənab İlham Əliyevə videomüraciət ünvanlayıb.