İşdən çıxarma 3 ay qadağan edilir – Koronavirusa görə

Türkiyədə koronavirusla mübarizə çərçivəsində çalışanların işdən çıxarılmasını 3 ay müddətinə qadağan edən qərar təklifi hazırlanır.

Qərar layihəsinə görə, işəgötürən işçiləri ödənişsiz məzuniyyətə çıxara bilər, ancaq bu zaman onların hər gününə 39,24 lirə ödəniləcək.

Lazım gələrsə, prezident bu müddətini 6 ayadək uzada bilər.

Bundan başqa, martın 15-dən sonra işdən çıxarılanların da bu qərarla əhatə edilməsi nəzərdə tutulur.

Layihə hazırlanaraq iş dünyasının qurumlarına təklif edilib və müzakirə mərhələsindədir.