Vahid Əhmədov aztəminatlı ailələrə ərzaq yardımı etdi – FOTO

52 saylı Quba Seçki Dairəsindən millət vəkili seçilmiş Vahid Əhmədovun təşübbüsü ilə Quba rayonunda koronavirus pandemiyası ilə əlaqədər iş yerlərini itirmiş, muzdlu işlərdən kənarda qalmış aztəminatlı və həssas əhali qrupundan olan, tənha, kimsəsiz bir çox sakinə ərzaq yardımı edilmişdir. 

Gündəlik tələbat malları ilə təmin edilən sakinlər millət vəkilinin bu nəcib təşəbbüsünə görə təşəkkürlərini bildirmişlər.