Tramp İtaliyaya kömək üçün göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar administrasiyasına İtaliyaya koronavirusun yayılmasının qarşısının alınmasında kömək göstərilməsi üçün göstəriş verib.

Bu barədə “İnterfaks” Ağ Evə istinadən məlumat yayıb.

ABŞ-ın yardımı çərçivəsində İtaliyaya tibbi və humanitar yardımın göndərilməsi nəzərdə tutulub.

Bundan əlavə, qərara əsasən, ABŞ-ın bir neçə naziri İtaliyaya, o cümlədən, buradakı ABŞ əsgərlərinə kömək göstərilməsi üçün müxtəlif tədbirlər görməlidir.