Səfirlikdən “ermənilərə yardım” iddialarına cavab: -“Hər hansı bir yardımdan söhbət gedə bilməz”

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.
Səfirlikdən verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.
“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz”, – deyə səfirlikdən bildirilib.