ABŞ hökuməti ÜST-ü maliyyələşdirməkdən imtinasının səbəbini açıqladı

ABŞ-ın Dövlət katibi Mayk Pompeo bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la mübarizədə vəzifələrini icra edə bilməyib.

“Fox News” telekanalına müsahibə verən M.Pompeo söyləyib ki, ABŞ rəsmiləri təşkilata ünvanladıqları sualların cavabını ala bilməyib.

“Bizə şəffaflıq gərəkdir. Lazımdır ki, ÜST öz işini görsün, əsas funksiyalarını yerinə yetirsin. Dünya qlobal səhiyyə miqyasında baş verənlər haqda dəqiq, effektiv, etibarlı informasiya ilə təmin olunsun. Lakin onlar bu vəzifələrini icra edə bilmədilər”.

Son rəqəmlərə əsasən, ABŞ-da 614 246 insanda koronavirus aşkarlanıb. 26 064 nəfər pandemiyanın qurbanı olub.