Muxtar Babayevə yeni müavin təyin edildi – FOTO + ÖZƏL

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

O, bundan əvvəl ETSN-nin Aparat rəhbəri vəzifəsində çalışıb.

Məlumatı qurumun mətbuat katibi İradə İbrahimova  təsdiqləyib.