“AzerGold” QSC qanvermə aksiyası keçirdi – FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına və təşəbbüsünə qoşularaq qanvermə aksiyası keçirib.

Cəmiyyətin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü qan veriblər.

Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.