Pandemiya Asiya iqtisadiyyatına “görünməmiş zərər” vurdu: 60 il sonra ilk dəfə…

Asiyada cari ildə iqtisadi artım yeni tip koronavirusa görə dayanacaq.

Bu barədə “Reuters” Beynəlxalq Valyuta Fondunun hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, pandemiyanın yaratdığı böhran Asiyada xidmət sahəsinə və əsas məhsul ixracı istiqamətlərinə “görünməmiş zərər” vuracaq. Sözügedən dinamika Asiya regionunda son 60 ildə ilk dəfə iqtisadi artımın dayanmasına səbəb olacaq.

Bununla belə, BVF ekspertləri koronavirusun yayılmasının qarşısının uğurla alınacağı halda, növbəti il Asiya iqtisadiyyatının 7.6 faiz artım göstərəcəyini qeyd edir.