Sosial yardımın əlçatanlığı təmin edilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, digər sosial müdafiə proqramları kimi, ünvanlı dövlət sosial yardımının da əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir.

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.

Buna misal olaraq, aprelin 1-dən 14-dək ünvanlı sosial yarıdımı alanların sayı doqquz min ailə və ya 35 min insan artıb. Ümumilikdə, 14 aprel tarixinə 79 min ailənin 330 min üzvü (həmin ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır) ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Eyni zamanda, hansı ailələrə ki, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitib, müvafiq qərarla, onlara  bu yardımın verilməsi müddəti uzadılıb.

Yəni onlara da karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək sosial yardımın verilməsi davam edəcək.

Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edir, 2020-ci ilin əvvəli ilə müqayisədə, bu məbləğ 10 faizədək artaraq, 222 manatı ötüb.