Türkiyə süni tənəffüs aparatlarının istehsalına başladı

Türkiyə koronavirusun qarşısının alınması çərçivəsində süni tənəffüs aparatlarının istehsalına başlayıb.

Bu istiqamətdə ölkənin Milli Təhsil Nazirliyi elmi-tədqiqat işləri aparıb.

Nəticədə, Hatayda şəhid Serkan Talan Peşə və Texniki Anadolu liseyində ilk süni tənəffüs aparatı hazırlanıb.