Mehriban Əliyeva Gürcüstana minnətdarlığını bildirib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Tbilisi televiziya qülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə ölkəmizə göstərdiyi dəstəyə görə Gürcüstan Respublikasına minnətdarlığını bildirib.

Paylaşımda deyilir:

“Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”