Polis Göyçayda aztəminatlı ailələrə yardım etdi – FOTO

Polis Göyçay rayonunda aztəminatlı ailələrə yardım edib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, yaşı 65-dən yuxarı vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tənha yaşayan ahıl sakinlərə, eləcə də, aztəminatlı ailələrə baş çəkiblər.

Polis əməkdaşları rayon ərazisində 40-dan artıq belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Həmçinin, bir daha həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi onların diqqətinə çatdırılıb.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.