Xalq artistinə ağır itki üz verdi- FOTO

Xalq artisti Ənvər Sadıqova ağır itki üz verib. Musiqiçinin anası vəfat edib.

Bu barədə məlumatı aparıcı Hacı Nuran sosial media hesabındakı statusunda bildirib.

Məlumatda deyilir ki, Tamilla xanım uzun sürən xəstəlikdən sonra bu saatlarda vəfat edib.

* … 16.04.2020 … Valideyn itkisi çox ağırdır … Hansı yaşda olursa-olsun ata-ana ölümü ilə bağlı barışmaq çətindir … Bəzən özünü qınayır, “bəlkə”, “kaş” deyə-deyə düşünüb durursan … Amma sonda başa düşürsən ki, bu, bir qəzavü- qədərdir, qarşısını almaq mümkün deyil … Əsas odu sən yaxşı övlad olasan, valideynlərin üçün əlindən gələni edəsən … Elə o da yaxşı övlad idi … Anası üçün əlindən gələni etdi, təəssüf ki, alın yazısının qarşısında hər şey aciz idi .. Nə etsə də Tamilla xanımı xilas etmək mümkün olmadı … Mənə dünyalar qədər əziz olan qardaşım, mahir qarmon və akkordeon ifaçısı, «Qaytağı» instrumental ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti Ənvər Hidayət oğlu Sadıqovun @enversadiqovofficial ANASINI, baş tacını itirdi … Tamilla Həsənbala qızı Məmmədova (21.01.1935 – 16.04.2020) sevilən bir pedaqoq idi … Minlərlə gəncə həyat vəsiqəsi vermişdi … Tamilla xanım təkcə Ənvərin yox, yüzlərlə gəncin mənəvi anası idi … Və belə bir ağır itki nəinki məni, bu ailəni tanıyan hamını, əzizləri, doğmaları, bütün dostları sarsıtdı … Nə desəm az, nə qədər təsəlli versəm yetərsizdi … Yeri cənnət olsun Tamilla ananın … ALLAH RƏHMƏT ELƏSİN …

Публикация от Haci Nuran official 🔵 (@hacinuran)