Gömrükçülər qanvermə aksiyasında iştirak etdilər – FOTO

Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada Dövlət Gömrük Komitəsinin əməkdaşları da fəal iştirak edir.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının, Bakı Baş Gömrük İdarəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər. Könüllü gömrükçülər də aksiyada iştirak edib.

Ümumilikdə 120 gömrük əməkdaşı və 10 nəfər könüllü gömrükçü qan verib.