Velosipedçilər üçün “cənnət”: Tbilisi küçələrindən avtomobillər yığışdırılıb – VİDEO

Dördüncü gündür ki, Gürcüstanda əhali ikitəkərli nəqliyyata keçib.

Aprelin 17-dən etibarən ölkədə minik avtomobilindən istifadə qadağan edilib. Tbilisi küçələri motosiklet, moped və “samokat”larla dolub.

Lakin paytaxt şəhərində daha çox velosipedlərdən istifadə olunur.

Maraqlıdır ki, velosipedçilər ən çox cərimə olunanların sırasındadır. Belə ki, qaydalara görə, velosipedçilərə yolun hərəkət hissəsində yox, ancaq səki ilə hərəkət etməyə icazə verilir. Bunu isə hamı bilmir.