“Euronews”dan Azərbaycana qarşı qərəzli mövqe – VİDEO

“Euronews” telekanalı Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.

Ermənistanın koronavirusla mübarizəsindən bəhs edən süjetdə 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyindən sonra görünməmiş bir yüksəliş olduğu, iqtisadi artım baxımından Azərbaycanı və Gürcüstanı qabaqladığı, yoxsulluğun ən aşağı səviyyəyə endiyi bildirilib.

Qeyd edək ki, Ermənistanda iqtisadi vəziyyət həmin illərdə heç də göstərildiyi kimi yüksək olmayıb. Onsuz da vəziyyəti ağır olan Ermənistanda karantin rejiminin tətbiqi ölkə iqtisadiyyatını çətin hala salıb. Bir çox sektorlarda istehsalat 90 faiz azalıb.

Xatırladaq ki, martın 16-dan karantin rejimi tətbiq edilən Ermənistanda məhdudiyyətlər mayın 14-ə dək davam edəcək. Rəsmi Yerevan isə məhdudlaşdırıcı tədbirləri tədricən yüngülləşdirəcəyini vəd edir.