Keçirilməyən imtahanlar necə tənzimlənəcək? – DİM sədri açıqladı

“Mart və aprel aylarında olan imtahanlar keçirilmədiyi üçün imtahan qrafiki üzərində yenidən iş aparılır və yaxın 10 gün ərzində ictimaiyyətə bu barədə məlumat veriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə qurumun fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanın keçirilməsi qrafiki Nazirlər Kabineti yanında operativ qərargahın qərarı əsasında tənzimlənəcək:

“Biz sanitar-gigiyena qaydalarına əməl etməli, insanların sağlamlığını qorumalıyıq. İmtahanda iştirakçılar və idarə edənlər üçün təhlükə yaratmamalıyıq. İmtahanda sanitar-gigiyena təhlükəsizliyini təmin etməliyik. Bu qaydalar qərargahdan alınıb, ona uyğun imtahan qrafiki tərtib ediləcək”.