Sumqayıt-Bakı qatarı bir saat gecikib

Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimə olub.

Oxu.Az xəbər verir ki, qatarların hərəkətində yaranan ləngimə bir saata qədər uzanıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC faktı  təsdiq edib.

Bildirilib ki, problem kontakt şəbəkədə yaranan nasazlıqla əlaqəli olub:

“Bu gün saat 08:20-də Baş Sumqayıt – 5-ci blok/post mənzilində kontakt şəbəkədə nasazlıq yaranıb. Hadisə nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimə qeydə alınıb.

Elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb. Bərpa işlərinə başlanılıb”.