Mütəxəssislər koronavirusa yoluxanları hidroksixloroxinlə müalicə etməyi məsləhət görmür

Həkimlər bu qənaətə gəliblər ki, müvafiq araşdırmalar bitmədikcə koronavirusun müalicəsi üçün məsləhət görülən hidroksixloroxini istifadə etmək olmaz.

“Medicine” jurnalı xəbər verir ki, ABŞ-ın Milli sağlamlıq institutu və Virciniya universiteti tərəfindən maliyyələşdirilən araşdırma zamanı həkimlər bu xəstəliyə yoluxmuş 368 pasiyenti müşahidə ediblər.

Xəstələrin bir qrupu standart, digər qrupu isə hidroksixloroxinli müalicə alıb.

Məlum olub ki, birinci qrupda yoluxanların 11,4%-i, ikinci qrupda isə 27,8%-i vəfat edib.