Şəfalı əllər sahibi – Samir Aslanbəyli – foto

 

Müəllim, həkim, mühəndis, marketoloq, aktyor, şair, ticarətçi, usta… hər bir peşə özünə görə müsbət və mənfi tərəfləri birləşdirir. Düşünürəm ki, uğurlu və ya uğursuz peşə olmadığı kimi, insanların uğurlu və uğursuz olması seçdikləri peşənin onların xarakterinə necə cavab verməsinin göstəricisidir.
İlk əvvəl qeyd etməliyəm ki, hansısa peşədə uğur qazanmaq üçün mütləq qaydada gördüyün işin aşıqı olmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilmək mümkündür.
Ölkəmizdə dövlət tərəfindən diqqət göstərilən sahələrdən biridə səhiyyədir. Səhiyyəmizin inkişafı 1994-97-ci illərə təsadüf edirki, bu da Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyə deyəndə ağ xalatlı qurtarıcılarımızı unutmaq olmaz.
Aja.az xəbər verir ki, təqdirəlayiq həkimlərimizdən biri də Akademik M.Ə. Mirqasımov adına Respublika klinik xəstəxanasının cərrah həkimi Samir Aslanbəylidir. Saytımıza daxil olan bir məktub bunu deməyə əsas verir.
Səhiyyə sahəsində tanınmış hüquq müdafiəçisi, Şəffaf idarəçilik İctimai Birliyinin şimal bürosu kordinatoru Amil Hüseynov bildirir ki, Siyəzən rayonundan Müsayeva Elmira Ömər qızını mədə qanaxması ilə Respublika klinik xəstəxanasına çatdırılıb. Dərhal növbətçi həkim olaraq Samir Aslanbəylinin xəstəyə ilkin tibbi yardım göstərməsi sayəsində xəstə tez zamanda sağlığına qovuşub. Xəstə və xəstə yaxınlarına göstərdiyi qayğı görənləri çox düşündürdü. Yəni hələ də bu qəbildən olan həkimlərimiz qalıbmı?
Əlbəttə, qalıb… Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edən kəsdir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır… Əlbəttə, bu gün bəzi “həkimlər” bu peşəni “qəssablıq”la eyni edib, amma düşünürəm ki, zaman keçdikcə bu məsələ tamamilə öz həllini tapacaq. Yaxşı həkimlərə hörmətlə…

Amil Hüseynov