“Tesla” avtomobilləri suyun üzərində qala biləcək

Yeni “Tesla Cybertruck” elektrik pikapları bir müddət suyun üzərində qala biləcək.

Bu haqda İlon Mask öz “Tvitter” hesabında yazıb.

“Tesla Cybertruck” modeli 2019-cu ilin noyabr ayında təqdim edilib. Avtomobilin korpusu gülləkeçirməyən poladdan, şüşələri isə polimer kompozitdən hazırlanıb.

Bu modelin əsas xüsusiyyəti futuristik dizayna malik olmasından ibarətdir.

“Tesla Cybertruck” avtomobilinin kütləvi istehsalı 2021-ci ildə başlayacaq.