Türk və Müsəlman dünyasının fəxri- video

Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar. Və hər kəs də onu dərhal tanıyar: “Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu!
Hər il 10 may tarixində Azərbaycan xalqı milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Ümummilli liderin doğum gününün 97 ci il dönümü ilə əlaqədar İctimai Nəzarət Koalisyasının Göygöl rayon təşkilatı və Göygöl rayon Xaqani kənd uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə videoçarx hazirlanıb.