Bu ölkədə də futbol çempionatı dayandırıldı

Tacikistanda da futbol çempionatı dayandırılıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, qərar koronavirus profilaktikası çərçivəsində verilib.

Qeyd edək ki, Tacikistanda bu günə qədər COVID-19-a bir yoluxma halı belə qeydə alınmayıb.

Bununla belə, hökumət bütün kütləvi tədbirləri, o cümlədən, Düşənbədə qeyd olunacaq “Şəhər Günü”nü ləğv edib.

Məktəb və bağçalarda iki həftəlik tətil elan olunub.