Bu ölkədə müharibə veteranları üçün mobil danışıq xidməti pulsuz oldu

İkinci Dünya Müharibəsində iştirak etmiş 50 min veterana yeni mobil telefonlar hədiyyə olunacaq.

TASS agentliyi xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədri Aleksandr Xinşteyn bildirib.

O deyib ki, müharibə veteranları mobil telefon hədiyyəsindən başqa, bu telefonlar vasitəsilə limitsiz danışıq imkanı əldə edəcəklər.

Mobil telefonlar böyük ekran və təcili yardım düymələri ilə təchiz edilib.