Yoxlamalar nəticəsində beş iş Baş Prokurorluğa göndərildi

Hesablama Palatasının keçirdiyi audit yoxlamaları nəticəsində Baş Prokurorluğa göndərilmiş işlərin sayı açıqlanıb.

Bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat ilində beş tədbir üzrə aidiyyəti məlumatlar Baş Prokurorluğa təqdim edilib.