Ötən ay dəmir yolu ilə 192 milyon dollarlıq yük daşınıb

Mart ayında dəmir yolu nəqliyyatı ilə ümumilikdə, 535 513 ton yük daşınıb ki, bu yüklərin ümumi dəyəri 192,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 162 047 ton yükün dəyəri 29,6 milyon dollar təşkil edib.

Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 373 465 ton, dəyəri isə 162,7 milyon dollar olub.