Azərbaycanda məktəblərdə yay tətili ləğv olunur? – AÇIQLAMA

“Yay tətilinin ləğvinə heç bir əsas yoxdur. Uşaqların istirahət hüquqlarını əllərindən almayacağıq”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, ötən illərdən fərqli olaraq, bu il vəziyyətlə əlaqədar şagirdlər yay tətillərini düzgün qiymətləndirməlidirlər:

“Şagirdlərin hüquqlarını tanıyırıq. Əvvəlki illərdən fərqli olaraq, şagirdlərimiz və tələbələrimiz yay tətilini düzgün dəyərləndirsinlər. Onlar yay tətilində istirahətlə yanaşı, təhsillə məşğul olmağa kifayət qədər zaman ayırmalıdırlar”.