Karantin rejimini pozan neçə hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib? – RƏSMİ

Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, son sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 44 016 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.