Elman Rüstəmov “AmrahBank”ın işçilərinin etirazından danışdı: “Maaşları veriləcək”

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov “AmrahBank”ın işçilərinin maaşlarını ala bilmədiklərinə görə etiraz etmələrinə münasibət bildirib.

E.Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib ki, “AmrahBank”ın əməkdaşlarının maaşlarının ödənilməsi ilə bağlı göstəriş verilib:

“Bankın işçilərinin etirazı emosional xarakter daşıyır. Biz onları başa düşürük. Çünki iş yerlərini itiriblər. Çox təəssüf edirik. Əməkhaqlarının verilməsi istiqamətində tədbirlər görməyə başladıq. Maaşları veriləcək”.

“Onların arasından ixtisaslı kadrları araşdıracağıq və işlə təmin edilmələrinə yardım etməyə çalışacağıq”.