Deputat icra başçılarını tənqid etdi

“Bir rayonun icra başçısı həbs olunur, amma digərləri yenə qanunsuz işlərini davam etdirirlər”.

Bunu Milli Məclisin iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bir neçə rayonun icra başçısı həbs olunsa da, digərləri hələ də rüşvət almağa davam edir.

“Onların daxilində belə əminlik var ki, məsuliyyətdən yayınacaqlar”, – deyə Q.Həsənquliyev əlavə edib.

Deputat Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təklif verib:

“Hesablama Palatası auditlər keçirir və qurumlarda olan boşluqlardan sui-istifadə hallarını aşkarlayır. Yaxşı olar ki, bununla bağlı təkliflər hazırlayıb Milli Məclisə təqdim edəsiniz”.