Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı Dairəvi yolundan Sumqayıt istiqamətinə gedən yol ötürücüsündə qeydə alınıb.

Belə ki, “VAZ-2109” markalı avtomobilin sürücüsü idarəetməni itirərərək aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.