“Transfermarkt” saytı koronavirus pandemiyasına görə oyunçuların qiymətlərinin düşməsindən sonra dünyanın ən bahalı heyətə sahib olan klublarının yeni reytinqini dərc edib.

Siyahıya İngiltərənin “Mançester Siti” klubu başçılıq edib. “Şəhərlilər” dəyəri 1 milyard avrodan çox olan yeganə klubdur.

İkinci yeri İngiltərə Premyer Liqasının digər nəhəngi “Liverpul” turur. Madrid “Real”ı (İspaniya) isə üçüncü yerdədir.

Hazırda dünyanın ən bahalı heyətə malik 10 klubu isə aşağıdakılardır:
1. Mançester Siti (1,02 milyard)
2. Liverpul (967 milyon)
3. Real (888.5 milyon)
4. Barselona (852.7 milyon)
5. PSJ (843.7 milyon)
6. Bavariya (756.6 milyon)
7. Atletiko (709 milyon)
8. Тottenhem (699 milyon)
9. Çelsi (679.9 milyon)
10. Mançester Yunayted (646.7 mln)