Xırdalan çörək zavodu  da xeyirxah aksiyaya qoşuldu

 

Xırdalan çörək zavodu da ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq, sosial təcrid tədbirlərini, istehsaldan paylanmaya qədər bütün mərhələlərdə diqqəti artırıb.

Şirkətin yaydığı məlumata görə, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaq qadağasını nəzərə alaraq, 3 aprel tarixindən etibarən Abşeron ərazisində yaşayan 1 000 aztəminatlı ailəyə hər gün, karantin müddəti bitənə kimi özünün çörək çeşidləri tam təmənnasız çatdırılır.

Bu xidmətin özəyində  məqsəd nədir? sualımızı “bu xidmətin özəyində Azərbaycan xalqı olaraq hər zaman yardımsevər olduğumuzu göstərmək, çətin günlərdə imkanı olan şəxslərin ehtiyacı olan kəslərə yardımının önəminin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, insanların üzündə bu günlərdə təbəssümə səbəb olmaq, qəlbində ümid yaratmaq durur. Bu təşəbbüsümüzə dəstəyinə görə Şəhər İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk. İcra Hakimiyyətinin birbaşa yardımı ilə aztəminatlı ailələrlə əlaqə saxlayaraq, bu prosesə başladıq”, – deyə Teymur müəllim cavablandırdı.

Əziz oxucular!

Bildiyiniz kimi, hazırda müsəlman dünyasının müqəddəs hesab olunan Ramazan ayındayıq. Bu ayda edilən hər bir xeyir əməl insana savab qazandırır. Savablarımızın bol olması diləyilə! Tanrı hər birimizi qorusun!

Elvin Qurbanov

Aja-az.info