May ayının ilk beş günü ərzində yol qəzalarında 11 nəfər ölüb – RƏSMİ

“Mayın ilk beş günündə respublika ərazisində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, mayın 1-dən bu günə kimi respublikanın avtomobil yollarında qeydə alının 15 yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.