Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun rəhbərliyi ilə videokonfrans şəklində kollegiya iclası keçirilib.

İclasda pandemiya dövründə ADY-nin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib.

İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.