QAT Qələbə Formulu təkilf edir

Qarabağ Azadlıq Təşkilatının (QAT) Şuşanın işğalının  növbəti ildönümü ilə bağlı qəbul etdiyi bəyanatda göstərilir: “Qarabağın simvolu olan Şuşanın hələ də işğal altında qalmasına görə xalqın, hakimiyyətin, hər birimizin üzərinə məsuliyyət düşür. Torpaqlarımızın işğal altında qalması, işğal tarixlərinin bu qədər vaxt ərzində qeyd olunması hər kəsi üzür, bu rəzalətə dözmək mümkün deyildir. Torpaqlarımız işğaldan azad olunmalıdır, artıq gözləməyə, dözməyə yer yoxdur. Bunun üçün gözəl Şuşamızın işğal günündə, ağrı-acılarımızın təzələndiyi, yenidən sızıldadığı, düşmənə nifrətimizin bir az da artdığı bir gündə, hər kəsin “bu, nə vaxta qədər davam edəcək, niyə torpağımızı azad etmirik?!” deyib bir daha haray çəkdiyi gündə Qələbə Formulunu təklif edirik: Birincisi,  hakimiyyət Şuşa başda olmaqla torpaqlarımızın azad olunması üçün müharibəyə başlamalıdır. İkincisi, bütün  xalq, bütün ictimai, siyasi qurumlar hakimiyyətin müharibə qərarına tam dəstək verməli, hakimiyyətin yanında olmalıdır. Üçüncüsü, hər bir vətəndaşımız, hər bir soydaşımız imkanları çərçivəsində düşmən üzərində qələbənin yaxınlaşdırılması üçün əlindən gələni etməli, var gücü ilə çalışmalıdır.
Biz hamı tərəfindən bu Formulun qəbul olunmasını təklif edirik. Düşmən də bilməlidir ki, Azərbaycan xalqı öz haqqını bərpa edəcək, işğalla heç vaxt barışmayacaq və hökmən qalib gələcək. Şuşa bütün dünya azərbaycanlılarının mənəvi paytaxtıdır. Şuşanı, bütün işğal olunmuş ərazilərimizi hökmən erməni işğalçılarının murdar nəfəsindən azad edəcəyik, Şuşa mənəvi paytaxtımız kimi bir daha ucalacaq, Qarabağımızın tacı, paytaxtı kmi yüksələcəkdir! Qarabağımız azad, Şuşamız paytaxt olacaqdır! Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaqdır! Ya Qarabağ, ya ölüm!