Qubada 2 körpünü sel apardı


Qubanın Xanagah kəndində yaşayış məntəqələrini birləşdirən Çağacıq çayının üzərində inşa edilmiş körpüləri sel aparıb.
Nəticədə, kəndin yaşayış məntəqələri arasında gediş-gəliş əlaqəsi kəsilib.
Quba Rayon İcra Hakimiyyəti tərəfindən hadisə yerinə texnika göndərilib, lazımi tədbirlər görülür.