Yaşlılara qarşı cinayətlərin 82,5%-ni qohumlar törədir

Rusiya ərazisində yaşlılara, qocalara qarşı cinayətlərin 82,5%-ni onların qohumları törədir.
Bunu “Vajnaya istoriya” (“Mühüm tarix”) mərkəzinin apardığı araşdırma göstərib.
Arşdırmada deyilir ki, bu cinayətlərin böyük əksərini (89,5%) kişilər törədir. Cinayətlərin hədəfi isə bir qayda olaraq həmin kişilərin nənəsi, anası, xalası, arvadı və qayınanası olur.
Yaşlı qohumlarına qarşı cinayətə yol verənlərin 30%-i əvvəllər məhkumluq həyatı yaşamış şəxslərdir. Araşdırmada cinayət törədənlərin 78%-nin əməllərini etiraf etdiyi bildirilir.