Ermənistanda koronavirusdan ölənlərin sayı 46-ya çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı artır.

Ötən gün Ermənistanda daha bir nəfər virus səbəbindən ölüb. Beləliklə ölkədə koronavirus qurbanlarının sayı 46 nəfərə çatıb.

Qeyd edək ki, son günlərdə Ermənistanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilməkdədir. Ümumilikdə Ermənistanda virusa yoluxanların sayı 3 392-yə yüksəlib.