İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək – RƏSMİ

“Bakıda ictimai nəqliyyatda maskadan istifadə etməyən vətəndaşlar cərimə olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Elçin İsgəndərov bildirib.

O, paytaxt sakinlərinə xəbərdarlıq edib:

“Sakinlərdən xahiş və tələb edilir ki, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etsinlər. Maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, inzibati cərimə və həbs məsuliyyəti tətbiq olunacaq. İnzibati cərimə tətbiq edilən vətəndaşlar qaydaları təkrar pozduğu halda inzibati həbs ediləcək”.

“Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir”, – deyə E.İsgəndərov əlavə edib.