Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar – FOTO

Türkiyədə 14 yaşından kiçik uşaqlar 40 günlük özünütəcriddən sonra çölə çıxıblar.

Ölkədə yaşı 65-dən yuxarı vətəndaşların çölə çıxma icazəsindən sonra növbə uşaqlara çatıb.

Valideynlərinin nəzarəti altında, maska və sosial məsafə qaydalarına riayət edən uşaqlar 15:00-a qədər çöldə ola bilərlər.

15-20 yaş arası olanlara isə çölə çıxma icazəsi mayın 15-də veriləcək.