Bu ölkədə futbolçular koronavirus testindən keçirilməyəcək

İsveçdə futbolçular yerli çempionatın oyunlarından əvvəl koronavirus testindən keçirilməyəcək.

Bu barədə “Associated Press” xəbər verir.

Mənbə bildirir ki, futbolçular məşqdən və oyundan iki saat əvvəl sağlamlıqları barədə klubun həkimlərinə məlumat verməli olacaqlar.

Qeyd edək ki, futbol üzrə İsveç çempionatı iyunun 14-də bərpa olunacaq.