Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırıldı – YENİ QRAFİK

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq.

Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Qeyd edək ki, bu qatarlar yalnız iş günlərində işləyəcək.